Pensiya yaşının müəyyən olunması bir sıra şərtlərlə əlaqəlidir. Belə ki, vətəndaşların əmək fəaliyyətilə məşğul olduqları dövrdə ödədikləri sığorta haqları hesabına formalaşan pensiya kapitalının məbləği onların qeyd olunan yaşda pensiyaya çıxması üçün kifayət etməlidir. Yəni pensiya dövlətin cibindən verilmir. Bu, müvafiq olaraq pensiya sığorta mexanizmi əsasında vətəndaşlara ödənilən məbləğdir.
Bu sözləri BUTA.TV-a qadınların pensiya yaşının azaldılması haqda müzakirələr barədə danışan iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, qadınların pensiya yaşının azaldılması DSMF-nin gəlirliyinin və ölkə vətəndaşlarının əmək haqlarının durmadan artırılmasını təmin etməklə mümkün ola bilər:
“Bundan sonra biz qadınların pensiya yaşının 63-dən 60 yaşa endirilməsinə nail ola bilərik. Həmçinin, sovet dövründə tətbiq olunmuş bir sıra güzəştlərin də qaytarılması mümkün ola bilər”.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi