Rusiya hərbi texnika itkisini köhnə modellərlə kompensasiya etməyə çalışır. Bu yaxınlarda cəbhədə 1954-cü ildə silahlanmaya verilən BTR-50 göründü.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Ağır zirehli texnika itkilərinin yerini Rusiya ordusu 60 illik T-62 əsas döyüş tankları ilə doldurmağa çalışır. Hətta Rusiyanın əsas tank birləşməsi olan 1-ci Qvardiya Tank Ordusunun hissələrinin də T-62-lərlə yenidən təchiz olunması ehtimalı var. Halbuki bu ordu 2021-ci ildən yeni nəsil T-14 "Armata" tankı almalı idi”, - məlumatda qeyd olunub.
Hesabatda bildirilib ki, 2022-ci ilin yayından Rusiya 800 ədəd T-62 tankını yenidən istifadəyə verib. Bəzi tanklara modernləşdirilmiş hədəf sistemləri də quraşdırılıb. Bir müddət öncə isə Ukrayna cəbhəsində 1954-cü ildə silahlanmaya qəbul edilmiş BTR-50 görünüb.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu