Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz Feysbuk hesabında yazıb.
O bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır:
“Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar".
R.Tağıyev əlavə edib ki, prosedur qısa vaxt ərzində növbəsiz həyata keçirilir.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu