Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın nüfuzlu media orqanlarında yayımlanıb.
BUTA.TV xəbər verir ki, Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılıb.
Məqalədə Azərbaycanla-Pakistan arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğu bildirilib.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Pakistana böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb. Ümummilli liderin Pakistanla-Azərbaycan əlaqələrin qurulması və inkişafında mühüm rolu olub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyev İli elan edib.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu