Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib.
BUTA.TV xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib.
Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.
İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi