Məni narahat edən qanun layihəsində Azərbaycanda oturum, müvəqqəti yaşamaq icazəsinin alınmasının yalnız pula bağlanmasıdır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.
Sabir Rüstəmxanlı deyib ki, Güney Azərbaycandan olan soydaşlarımız arasında ictimai işlərlə və digər məqsədlərlə Azərbaycana gəlib, bir neçə il yaşamaq istəyənlər ola bilər:
“Ona görə də qanunda bu məsələlər əksini tapmalıdır, yaşamaq icazəsi ancaq pula bağlanmamalıdır”.
Deputat qeyd edib ki, qanun layihəsi çox mürəkkəb formada yazılıb, bunu oxumaq, köhnə qanunla müqayisədə edərək anlamaq iynə ilə gor qazmaq kimi bir şeydir:
“Bu qanunla bağlı normal arayış hazırlanıb təqdim edilsə, daha yaxşı olardı”.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir