Rusiya Moldova ərazisində 50 min nəfərlik hərbi dəstə yaratmağa qadirdir və bu, ümumi sərhəd ərazisində Ukrayna cəbhəsini kabusa çevirəcək.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.
O, Rusiyanın Moldovanı zorla ələ keçirməsi ssenarisinin kifayət qədər real olduğunu söyləyib:
"82-ci və 113-cü motoatıcı briqadaların tərkibində Dnestryanıdakı Rusiya kontingentinin 1700 nəfərlik potensialını, eləcə də Dnestryanıdakı təxminən 7,5 min nəfərlik qanunsuz silahlı birləşmələri nəzərə alan Putin qısa müddətdə bunun öhdəsindən gələ bilər. Xüsusilə, qruplaşma Merkulesti aerodromunu ələ keçirə, sonra Baltiyə gedə və Falesti ələ keçirərək ölkənin şimalını bağlaya bilər. Bununla M14 və M2 əsas magistrallarını kəsəcək və Kişinyova girişlər bloklanacaq.
O zaman cənub və şimal qrupları nisbətən tez əsas qrupun Kişinyova çatmasını təmin edəcək ki, bu da müqavimət göstərmək şansını mümkünsüz edəcək, çünki Moldovanın paytaxtı artıq rus agentləri ilə dolub".
Ekspertin fikrincə, Rusiyanın Moldovada hakimiyyəti qurulduqdan sonra ora yeni rus “turistləri” fəal şəkildə gəlməyə başlayacaq ki, bu da sonda 20-30 min nəfərlik hərbi qruplaşma yaratmağa imkan verəcək. 3-4 ay ərzində isə 50 minə qədər qüvvə toplanacaq. Bundan əlavə, Putin Ukraynaya qarşı ikinci cəbhənin yaradılması çərçivəsində bu dəstələri cənub-qərbə ata bilər.
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar