Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.
O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.
Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib.
Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.
- Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
- Mingəçevirdə “prokurorluq əməkdaşı” həbs olundu
- "Avtovağzal"dan Bakının mərkəzinə birbaşa gəlmək olacaq - Video
- “Xalqımızdan üzr istəyirəm...”
- DYP-dən sürücülərə xəbərdarlıq
- Evdən 59 yaşlı qadın meyiti tapıldı
- DÇ tarixində ilk dəfə - Buna görə qırmızı aldı - Video
- Bu görüntüləri gündəm oldu - Video