Dünya Çempionatı çərçivəsində keçirilən Kanada – Qətər matçında Kanada millisinin futbolçusu İsmael Kone ciddi zədə alıb.
“BUTA.TV”nun xəbərinə görə, epizod Qətər millisinin yarımmüdafiəçisi Assim Ömər Madibo ilə mübarizə zamanı baş verib.
Toqquşmadan sonra ayağı sınan Kone meydanı xərəkdə tərk edib və tibbi heyət dərhal ona müdaxilə edib.
Qətər yığmasının oyunçusu əvvəlcə sarı vərəqə ilə cəzalandırılıb, daha sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qərardan sonra Qətər milli komandası meydanda 9 nəfərlə qalıb və oyunu azlıqda davam etdirmək məcburiyyətində olub.
***
Matç Kanadanın Qətər üzərində 6:0 qələbəsi ilə başa çatıb.



- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar