Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.
“BUTA.TV” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib.
Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib.
Aslan Vəliyev
- Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
- Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
- Bakıda maşından meyit tapıldı
- Agentlikdəki işindən ayrılıb, SOCAR-a keçdi - Foto
- Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
- Azərbaycanda nə qədər işsiz var?