Pezeşkian tarixi sənədi belə imzaladı - Fotolar

07:56 - 18 İyun 2026 - SİYASƏT

 Pezeşkian tarixi sənədi belə imzaladı - Fotolar

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan anlaşma memorandumunu imzalayıb.

BUTA.TV” xəbər verir ki, İranın IRNA xəbər agentliyi tərəfindən yayımlanan fotolarda Pezeşkianın fars dilində hazırlanmış memorandumun nüsxəsini imzaladığı görünür.

Sənəddə həm İran Prezidentinin, həm də ABŞ Prezidenti Donald Trampın imzalarının yer aldığı diqqət çəkir.

Bundan əvvəl Donald Tramp Fransanın Versal şəhərində memorandumun çap olunmuş nüsxəsini imzalamışdı. ABŞ rəsmisinin sözlərinə görə, daha sonra imzalanmış sənədin fotosu İran tərəfinə göndərilib.

Təxminən 800 sözdən ibarət olan və 14 bəndi əhatə edən memorandumda atəşkəsin genişləndirilməsi, eləcə də, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müddəalar yer alır.

Münaqişə boyunca vasitəçi rolunu oynayan Pakistan tərəfi isə memorandumun dərhal qüvvəyə mindiyini açıqlayıb.

 


 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol