“Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir”.
“BUTA.TV” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır.
“Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir”, - Azərbaycan Prezidenti vurğulayıb.
- Tovuz stansiyasında enerji sistemi yeniləndi - ADY
- “Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
- Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
- Bakıda maşından meyit tapıldı
- Agentlikdəki işindən ayrılıb, SOCAR-a keçdi - Foto
- Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
- Azərbaycanda nə qədər işsiz var?
- Moskvada azərbaycanlı iş adamlarının bazarı vuruldu - Video