Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
İyunun 22-dən etibarən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə birləşdirəcək.
Marşrutun iş qrafiki sərnişin axınının sıx olduğu saat aralıqlarına uyğun şəkildə təyin olunub. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqəlik interval ilə hərəkət edərək sərnişinlərə xidmət göstərəcək.
Marşrut üzrə gedişhaqqı 1,30 manat olaraq müəyyənləşdirilib.
149E nömrəli ekspres marşrutunun dayanacaq məntəqələri aşağıdakı kimi təyin edilib: "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi.
- Anar İsrafilov da TƏBİB-dən getdi
- Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video
- Sıfır bal ən çox hansı fənlərdən toplanıb?
- “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - Video
- Bu istiqamətdə yeni marşrut açılır: Gedişhaqqı 1,30 manat...
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Bu istiqamətdə marşrut fəaliyyətə başlayır
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi