Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Ərdoğanla Putinin görüşü başa çatdıqdan sonra Putin Ərdoğanı qapıya qədər müşayiət edib.
Vida anında Ərdoğan Putindən "Sparta Praqa"dakı futbolçu ilə maraqlanıb. Putin isə cavabında "Biz bununla məşğul olacağıq, danışarıq, əlaqə saxlayarıq", - deyib.
Futbolçunun kimliyi maraq doğurub. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, ehtimal olunur ki, söhbət "Sparta Praqa"da çıxış edən türk əsilli Finlandiya millisinin oyunçusu Kaan Kairinen gedir.
Qeyd edək ki, finlandiyalı yarımmüdafiəçi 15 yaşında bu ölkənin "İnter Turku" klubunda debüt edib. Keçmişdə o, həmçinin "Midtjylland" (Danimarka), "Skive IK" (Danimarka) və Finlandiyanın ən uğurlu klubu "HJK Helsinki"də də oynayıb. Kaan bütün gənclərdən ibarət milli komanda kateqoriyalarından çıxış edib. O, U21 komandası ilə 19 oyun keçirib və 4 qol vurub. Daha sonra 2019-cu ilin yanvarında İsveçlə yoldaşlıq oyununda əsas komandada debüt edib. O, sonuncu dəfə Norveçin "Lillestrom" klubunun formasını geyinib. Kaan, 22 liqa oyununda bir qol vurub və üç məhsuldar ötürmə edib. Türkiyə əsilli futbolçu 2022/23 mövsümünün ortalarından "Sparta Praqa"ya keçib.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi