“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan məlumat yayıb.
Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub.
Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb. O, hakimiyyəti qəsb etmək cəhdində şübhəli bilinirdi.
Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb.
Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu