Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir hərbçisinin öldüyünü, 2-nin isə yaralandığını bildirib.
BUTA.TV xəbər verir ki, Ermənistan MN ölən hərbçinin Aram Tiqranpviç Köçəryan olduğunu bildirsə də, yaralananlar haqda məlumat verməyib. Xatırladaq ki, Azərbaycan MN Ermənistan MN-nin yaydığı məlumatı qəti şəkildə təkzib edərək, atəş açmadığını bildirib.
Əksinə, oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu baxımdan erməni əsgərlər arasında daxili atışma olduğu istisna deyil.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər