Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd edilib ki, bu gün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus VAZ-21043 markalı avtomobilə icazə almadan əyləşərək idarə edib.
Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mersedes Ateqo” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər