Rusiya hüquq-mühafizə orqanları videobloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparır.
Bu barədə ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib. "Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərə görə Yeqor Krid, Hüseyn Həsənov, Yuri Xovanski və digər bloqerlərə qarşı əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib”, – Y.Mizulina Teleqram kanalında qeyd edib.
İctimai xadim vurğulayır ki, Moskva şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət edən prokuror cavab tədbirləri görüb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər