2017-ci ildə Xalq artisti Nazpəri Dostəliyevanın evindən içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurladığı üçün həbs həyatı yaşayan və daha sonra azadlığa çıxan 36 yaşlı Ruslan Verdiyevi narkotikdən vəfat etməsi təkzib edilib.
Ailəsindən verilən məlumata görə, onun ölümünə səbəbin normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi olmuşdu.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, həkimlərin rəyinə əsasən isə o, ürək tutmasından dünyasını dəyişib. İl yarım öncə həbsdən çıxan R. Verdiyev sağlam həyat tərzi keçirirmiş.
Qeyd edək ki, Ruslan Verdiyev Moskva Dövlət Universitetini bitirib. Uşaqlıqdan karate ilə məşğul olub. O, Sumqayıtda tanınmış ailənin övladı olub. Onun atası Əzizağa Verdiyev sözügedən şəhərdə idmanın karate növünün inkişafında xidmət göstərib. R.Verdiyev eyni zamanda tanınmış həkim-cərrah İlyas Məmmədovun nəvəsi idi.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi