İranda hakimiyyətə yaxın Debeş Çay Şirkətinin 3 milyard dollarlıq korrupsiya əməliyyatı ifşa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Debeş Çay Şirkəti 3 il ərzində maşın və çay idxalı üçün yarı məzənnə ilə 2,7 milyard dollardan çox valyuta alıb. Şirkət bu məbləğin çox hissəsini başqa yerlərə sərmayə şəklində yatırıb.
Bununla yanaşı, şirkət Hindistandan hər kiloqramı 14 dollar olan keyfiyyətli çay idxal etdiyi barədə sənədləşdirmələr aparıb, ancaq ölkəyə hər kiloqramı 2 dollar olan Keniya çayı gətirib.
Bir sıra media mənbələri hakimiyyətin yuxarı qatlarına bağlı olan şirkətin baş direktoru Əkbər Rəhiminin həbs edildiyini yazıb.
Qeyd edilib ki, korrupsiya əməliyyatında Sənaye, Mədən və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bankın rolu olub.
Məsələnin dəqiq və tərəfsiz araşdırılacağı təqdirdə korrupsiya əməliyyatında daha yüksək rütbəli hakimiyyət məmurlarının iştirakının üzə çıxarılacağı bildirilir.
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi