Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda əməliyyat keçirəcək, təmizlik işləri aparacaq və terrorçuların müqavimətini aradan qaldıracaq:
“HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: tunellərdə və ya meydanda ölmək, ya da heç bir şərt olmadan təslim olmaq”.
Nazir əlavə edib ki, ölkəsinin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir.
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi