Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem Bakıya gəlib.
BUTA.TV xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək.
Qeyd edək ki, FIA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.
Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi