İsrailin Türkiyədə HƏMAS üzvlərinə qarşı mümkün təqibləri fonunda Türkiyə kəşfiyyatının MOSSAD-a etdiyi xəbərdarlıq zarafat deyil, ciddi bəyanatdır.
BUTA.TV xəbər verir ki, bunu təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib. “Türkiyənin mövqeyi əvvəldən bəllidir. İsrailin əsas taktikası özünü olduğundan daha güclü göstərməkdir. Bu, doğrudanmı belədir? Xeyr. Diqqət yetirirsinizsə, Qəzza hadisələrinin başlanğıcında kəşfiyyatın zəif olduğu bir dövr var idi”, - o bildirib.
Onun sözlərinə görə, Ankara İsrail tərəfinə ciddi xəbərdarlıq edib:
“İki ölkə arasında heç bir fikir mübadiləsi aparılmadan mühakimə yürütmək MOSSAD-ın imkanları xaricindədir. MİT (Türkiyə Milli İstihbarat Təşkilatı - red.) zarafat etmir. Xəbərdarlıq bunu göstərir”.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü