Putini niyə qırıcılar müşayiət edir? - Video

01:42 - 7 Dekabr 2023 - GÜNDƏM

 Putini niyə qırıcılar müşayiət edir? - Video

Kreml sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Yaxın Şərqə səfəri zamanı onun təyyarəsini qırıcıların müşayiət etməsinə aydınlıq gətirib.

BUTA.TV xəbər verir ki, Peskov regionun qeyri-stabil olduğunu bildirib.

“Region təlatümlüdür. Əgər BƏƏ və Səudiyyə Ərəbistanı təhlükəsiz ölkələrdirsə, o zaman ətraf, ona bitişik region təhlükələr və gözlənilməzliklərlə doludur. Buna görə də Rusiya rəhbərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb”, - Dmitri Peskov bildirib.

O, Rusiya liderinin təyyarəsini təmin edən qırıcılara şərait yaratdığı üçün tərəfdaş ölkələrə təşəkkür edib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Qeyd edək ki, Rusiya lideri BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib. Onun təyyarəsini Su-35-lər müşayiət edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol