Naxçıvan Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə yeni təyinatlar olub.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardim Xidməti" publik hüquqi şəxsin direktoru Səbuhi Vahid oğlu İbrahimov, "Qan Bankı Və Qan Köçürmə Mərkəzi" publik hüquqi şəxsin direktoru Məmmədəli Əli oğlu Həsənov, "Treninq və Simulyasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Aytən Əlövsət qızı Rzayeva, yeni yaradılan "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsin direktoru Rifat Almurad oğlu Məmmədov (bundan əvvəl Elçin Zakir oğlu Rəfiyev), "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsin direktoru Mustafa Həsən oğlu Əliyev, "Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rəhim Nəcəf oğlu Rəhimov təyin edilib.
Sonuncu Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının keçmiş baş həkimidir. O, noyabr ayında Samiq Sadıxovun əmri ilə işdən çıxarılmışdı.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?