2022-ci ilin 16 sentyabrında məcburi hicab qaydalarını pozduğuna görə, Tehranda "əxlaq polisi" tərəfindən öldürülən Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub.
BUTA.TV xəbər verir ki, bu barədə ailəyə yaxın şəxslər məlumat yayıb.
Bildirilib ki, Əmininin valideynləri Tehranın “İmam Xomeyni” hava limanından Fransaya uçmaq istədikləri vaxt pasportları alınıb və onların çıxışına qadağa qoyulduğu bildirilib.
Ailə Avropa Birliyinin Məhsa Əminiyə verdiyi Saxarov adına 2023-cü ilin “Fikir azadlığı” Mükafatını almaq üçün Fransaya dəvət ediliblər.
Xatırladaq ki, Məhsa Əmini ötən il sentyabrın 13-də İranın Əxlaq Polisi tərəfindən saxlanıldıqdan bir müddət sonra komaya düşüb, ardınca isə vəfat edib. Onun ölümündən sonra İranda aylarla davam edən aksiyalar başlayıb.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?