Axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Nəticədə avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara yerində ilkin tibbi yardım göstərib və hər iki yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra yaralıların vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?