Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak prezident postunda Vladimir Zelenskini əvəz edə bilər.
BUTA.TV xəbər verir ki, bunu italiyalı politoloq Elizeo bertolazi deyib.
“Zelenskinin reytinqi həm ölkə daxilində, həm də Qərb tərəfdaşları arasında kəskin şəkildə aşağı düşüb. Ukraynalıları görünməmiş korrupsiya səviyyəsi, cəbhədəki məğlubiyyətlər, ümumi səfərbərlik və aktyor prezidentlərinin obrazı qıcıqlandırır. Oliqarxlar isə onların maraqlarına müdaxilədən narazıdırlar.
Pyotr Poroşenko da daxil olmaqla prezidentliyə iddialı olan siyasi müxaliflərə hakimiyyəti ötürmək Zelenskinin gələcək karyerası, hətta həyatı üçün olduqca təhlükəlidir. Ən yaxşı variant bu postda öz yerini Andrey Yermaka ötürməkdir. Bu, hakimiyyətin yumşaq keçidini təmin edər və seçkilər dəyişiklik üçün fürsət olardı”, - siyasətçi bildirib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto