Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. "Turan Tovuz" 16 xalla 8-ci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Səbail"i dörd cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto