Qərbin bəzi liderləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının cəbhədəki vəziyyətlə bağlı müsahibəsindən sonra Kiyevə zəng ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.
“Zalujnının açıq danışması bir çox ukraynalıları təəccübləndirib, bəzi Qərb liderləri hətta Kiyevə zəng edərək, bunun nə demək olduğunu və sülh danışıqlarının indi prioritet olub-olmadığını soruşublar”, - nəşr bildirib.
Qeyd edək ki, noyabrın əvvəlində Valeri Zalujnı “Ekonomist”ə müsahibəsində Ukraynanın əks-hücumunun dalana dirəndiyini etiraf etmişdi. O bildirmişdi ki, çox güman, dərin və gözəl bir irəliləyiş olmayacaq.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto