Oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatım yoxdur.
Bunu BUTA.TV-a açıqlamasında Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. “Səhərdən ora-bura zəng edirəm ki, hardan məlumat ala bilərəm. Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq”, - anası bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə 7 dekabrda razılıq əldə edilib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto