Təbrizin Eynalı dağının qayalarına həkk edilən böyük ölçülü Azərbaycan bayrağının rəsmi silinib.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları məlumat yayıb.
Məlumatda bunun “xalqın müraciətləri və tələbləri” əsasında bələdiyyə işçiləri tərəfindən həyata keçirildiyi iddia edilib.
Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqeyi ilə tanınan “Azəriha” saytı və ona məxsus Teleqram kanalı bu barədə paylaşdığı materialda Azərbaycan mediasını ittiham edib və guya İranda separatizmi dəstəkləyən təbliğat apardığını yazıb.
Qeyd edək ki, Azərbaycan mediası yalnız İran Teleqram kanalları və yerli mediasına istinadla material yayır.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto