Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə nazir Avropa Birliyinin Xarici Əlaqələr Şurası formatında keçirilən iclasından əvvəl açıqlamasında deyib.
Nazir bildirib ki, Yunanıstan Cənubi Qafqazda sülh prosesini dəstəkləyir.
“Yunanıstanın səyləri sayəsində Ermənistan bu gün regionda davamlı sülhə yönəlmiş mövqelərini təqdim etmək üçün Xarici Əlaqələr Şurasına dəvət olunub. Şəxsən mən Ermənistanın xarici işlər naziri ilə uzun söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm. Bu gün mənim iki ölkənin - Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşmək imkanım olacaq”.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto