Sumqayıtda ikimərtəbəli evdə yanğın: zəhərlənən var

20:54 - 11 Dekabr 2023 - GÜNDƏM

 Sumqayıtda ikimərtəbəli evdə yanğın: zəhərlənən var

Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.

BUTA.TV xəbər verir ki, Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin səbəbi araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol