Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyinin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "X" hesabında bildirib.
Paylaşımda qeyd edilir:
"Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır.
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu Sessiyasına ev sahibliyi etməyimiz iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək əzmimizdən irəli gəlir. Azərbaycana verdiyi dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün əlimizdən gələni edəcəyik.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik".
- Kamaləddin Qafarov: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi
- Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan
- Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi
- Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan
- Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı
- Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video