Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb.
Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müəlicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb.
Ailə üzvləri razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.
- Tramp 8 deyil, 1 müharibəyə son qoyub
- Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir
- Rusiya Azərbaycanın mülkünə iddia etdi
- Biləsuvar gömrüyündə nə baş verir? - Video
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır