Vətən müharibəsi iştirakçısı olan Fərid Kərimli bu gün vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub. Qeyd edək ki, F.Kərimli “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bir neçə ay öncə müharibə veteranı imkanlı şəxslərdən yardım göstərilməsini xahiş edib.
- Tramp 8 deyil, 1 müharibəyə son qoyub
- Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir
- Rusiya Azərbaycanın mülkünə iddia etdi
- Biləsuvar gömrüyündə nə baş verir? - Video
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır