Azərbaycanda son 20 gün ərzində (11-31 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto