Tərtərdə 15 yaşlı yeniyetmə 18 yaşlı gənci bıçaqladı

01:34 - 1 Yanvar 2024 - GÜNDƏM

 Tərtərdə 15 yaşlı yeniyetmə 18 yaşlı gənci bıçaqladı

Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol