Bəli, asan deyil, hətta çox çətindir, lakin sülhün mümkünlüyü heç vaxt bu qədər yaxın olmamışdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Yeni illə bağlı sosial şəbəkə hesabında qeyd edib.
“Biz döyüşməyi bilirik və buna görə də Ermənistana, erməni xalqına sülh gətirməyə, uşaqlarımızın arzusunu yerinə yetirməyə borcluyuq.
Bir çox məsələlərdə bir-birimizlə razılaşmaya bilərik, amma bu məsələdə həmrəy olmalıyıq. Sülhə nail olmalıyıq və bütün qonşularımızla normal münasibətlər qurmalıyıq.
Bəli, çətindir, amma kin-küdurətə, dözümsüzlüyə, tarixdə və reallıqda daha güclü, daha yaxşı nəsə axtarmağa, eləcə də özünü tərifləmək, digərindən üstün tutmaq kimi çirkin vərdişlərə son qoymalıyıq.
Gəlin elə bir mühit yaradaq ki, övladlarımız dinc, xoşbəxt və qayğısız həyat yaşasınlar, bunu nəsillərimizə əsl miras olaraq qoymağa çalışmalıyıq”, - o qeyd edib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto