Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə vətəndaşın atdığı fişəng nəticəsində “Azərişıq” ASC-yə məxsus yarımstasniyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35kV-luq əsas xətt, həmçinin 6 Kv-luq yeraltı kabellər zədələnib.
“Azərişıq”dan BUTA.TV-a verilən məlumata görə, nəticədə 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.
“Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib:
“Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yanın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto