2024-cü il yanvarın 1-dən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib.
BUTA.TV xəbər verir ki, bu barədə qərar GUAM xarici işlər nazirlərinin Belçikada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının iclasında qəbul olunub.
Qeyd olunub ki, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub.
Xatırladaq ki, GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-a sədrlik edib.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto