Kosova vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar.
BUTA.TV xəbər verir ki, Kosova hökuməti Baş nazir Albin Kurt və xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars hava limanında Vyanaya vizasız gedəcək sərnişinləri yola salıblar.
Baş nazir Kurti çıxışında 2024-cü ildən vizasız səyahət imkanının qüvvəyə minməsi ilə Kosovoya edilən ədalətsizliyin aradan qaldırıldığını bildirib:
“Uzun müddət gözlədik, bir çox imkanlardan məhrum olduq, ona görə də bu gün əhəmiyyətli bir gündür”.
Xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars isə bildirib ki, artıq gərəksiz bürokratiya yoxdur. Onun sözlərinə görə, Kosova biznesmenləri də öz fəaliyyət sahələrini genişləndirmək və ölkəyə daha yaxşı və daha davamlı investisiyalar gətirmək imkanı əldə edəcəklər”.
Bu gündən etibarən kosovalılar Şengen bölgəsinə 180 günlük müddət ərzində 90 günə qədər vizasız gedə bilərlər. Beləliklə, Qərbi Balkanlarda sözügedən bölgəyə vizasız gedə bilməyən ölkə qalmayıb.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto