Strateji müttəfiqlər olan Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərini müqayisə etdikdə Londonun Vaşinqtonu yenə üstələdiyini demək olar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, təbriklərdə yeganə üst-üstə düşən məqam hər iki səfirin müraciətini Azərbaycan dilində etməsidir:
“ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mədəniyyətimiz və yeməklərimiz haqqında yenə xoş sözlər dedikdən sonra bir neçə cümlə Qobustana və vulkanlarımıza həsr edib. Amerikalı diplomatın yaddaqalan əsas cümləsi yalnız budur: “Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır”.
Böyük Britaniya səfiri Ferqus Auld isə təbrikində birbaşa mətləbə keçərək Azərbaycanla Ermənistan arasında dialoqu yüksək qiymətləndirib. “Qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaranıb, yeni ildən gözlədiyimiz çox şey var” deyən ingilis diplomat böyük ehtimalla bu il sülh sazişinin imzalanacağına eyham vurub.
Ferqus Libbini daha bir məsələdə üstələyib. Amerikalı diplomat Azərbaycanın COP-29-a ev sahibliyi etməsi barədə heç nə deməyib. Böyük Brtitaniya diplomatı isə buna diqqət ayırıb və noyabrda keçiriləcək bu tədbiri Azərbaycanın uğuru kimi qiymətləndirib. Hər iki diplomat təbrikində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suvenerliyini bərpa etməsi barədə heç nə deməyib. Bunu onlardan heç gözləmirdik də”.
- Kamal Abdullanın 20 yaşında dekan müavini etdiyi Jalə onların qızı imiş… – FOTO
- Başçı müavininin əri içib canlı açdı, xanımı istefa verdi - Video
- Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto