Övladlarımızı itirsək də şərəfli ad qazandıq - Səmayə Həşimova

18:26 - 2 Yanvar 2024 - GÜNDƏM

 Övladlarımızı itirsək də şərəfli ad qazandıq - Səmayə Həşimova

Bu gün xalqımızın başı dikdir. Çünki torpaqlarımız azad olunub. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq.

Axar.a xəbər verir ki, bu sözləri Report-a Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

S.Həşimova fəxr edir ki, Azərbaycanın Polad Həşimov kimi generalı olub: "Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Ata-anasının başını dik edən oğullar sağ olsun".

Milli Qəhrəmanın anası onu da qeyd edib ki, bu gün Xankəndidə Azərbaycan bayrağı ucaldılıb: "Bayraqları ucaldan oğulların yeri behişt olsun! Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün qalib dövlət və qalib xalqıq. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq. Xalqımız, Vətənimiz sağ olsun!”

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol