Rekord: Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu

23:32 - 2 Yanvar 2024 - GÜNDƏM

 Rekord: Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu

Rusiyanın atdığı 10 “Xəncər” raketinin 10-u da “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilib. Bu, rekorddur.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib.

O əlavə edib ki, raketlər hədəfi vursa, bunun ölkə üçün nəticələri fəlakətli olacaq.

Zalujnı təhvil verilmiş hava hücumundan müdafiə sistemlərinə görə tərəfdaşlarına təşəkkür edib və əlavə silahların ötürülməsinə çağırıb.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, müxtəlif, o cümlədən 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 100-dən çox yaralı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol