Dövlət Sərhəd Xidməti (DSX) dənizdə batmaqda olan balıqçıları xilas edib.
Bu barədə BUTA.TV-a DSX-dən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Rəhmanov Ramiz Əliağa oğlu və 1982-ci il təvəllüdlü Hümmətov Zərif Əhəd oğlu sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?