Fransada Natəvanın heykəlinin sökülməsi iki ölkə arasında siyasi gərginliyi üst səviyyəyə daşıyacaq. Halbuki siyasi münasibətlərdəki gərginliyin Natəvanın heykəlinə dəxli yoxdur. Fransada Natəvanın heykəlinin bağdan götürülməsinə etiraz edən cəmi bir neçə nəfər var. Bəs Parisdə illər boyu Azərbaycanın mədəniyyət tədbirlərinə qatılanlardan, musiqimizi alqışlarla qarşılayanlardan, muğamımızı yüksək qiymətləndirənlərdən niyə səs çıxmır? Onlar hardadır, niyə Fransanın Cənubi Qafqaz siyasətinin korrektə edilməsi barədə Prezident Emmanuel Makrona etiraz məktubu yazmırlar?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, bu şəxslər etiraz etmirlərsə, demək, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyinin bərpası məsələsində onlar da Makron kimi düşünürlər:
“Fransadakı erməni lobbisi bəhanədir, Natəvanın heykəlinin götürülməsi fransalıların öz təşəbbüsüdür. Münasibətlər nə zamansa normallaşsa belə, heykəlin yerinə qaytarılacağı şübhə doğurur”.
Qeyd edək ki, Fransanın Evian-lö Bən şəhər meriyası “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına və parkdan Natəvanın heykəlinin sökülməsinə dair qərar qəbul edib.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?