Baxmut istiqamətində rus işğalçıların məqsədi Ukrayna ordusu tərəfindən geri alınan bütün itirilmiş mövqeləri qaytarmaqdır.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə ukraynalı komandir Yuri Fedorenko çıxış edib.
"Düşmən Konstantinovka, Drujkovka, Kramatorsk və Slavyansk istiqamətində də uğurlarını inkişaf etdirmək istəyir", - Y.Fedorenko bildirib.
O qeyd edib ki, Rusiyanın planı Müdafiə Qüvvələrinin Xarkov və Xerson əks-hücum əməliyyatlarını həyata keçirməsindən bir il sonra dəyişməz olaraq qalır:
"Düşmən Luqansk və Donetsk vilayətlərini tamamilə işğal etmək, həmçinin Xarkov vilayətində öz mövqelərini bərpa etmək niyyətindədi"r.
Fedorenko xatırladıb ki, ötən ilin sonunda ruslar cüzi taktiki uğurlar əldə ediblər və indi öz səylərini artırmağa çalışırlar.
"2023-cü ilin yazında bizdə də oxşar vəziyyət yaranmışdı. Məhz o zaman biz Çasov Yar və Baxmut arasındakı yol uğrunda döyüşdük. Biz düşməni dayandıra bildik və nəticədə onu xeyli geriyə (1,5-2 km - red.) çəkilməyə məcbur etdik", - o qeyd edib.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?