DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub.
Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?